backend

Şərqin dəmir ledisi-Pakistan mətbuatı Mehriban Əliyevadan yazıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın 60 milyondan artıq oxucusu olan “Lahore Times” qəzeti və informasiya portalı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında “Şərqin dəmir ledisi” adlı geniş məqalə dərc edib. Məqalədə Mehriban xanım Əliyevanın ölkəmizin Birinci vitse-prezidenti təyin edilməsindən ötən yüz gün ərzində fəaliyyəti təhlil edilir, bu müddət ərzində Prezident İlham Əliyevin ona göstərdiyi yüksək etimadı doğrultduğu vurğulanır. Məqalənin müəllifi qeyd edir ki, Qərb idarəçilik ənənələrində təşəkkül tapmış “yüz gün” konsepsiyasına əsasən, bu müddət siyasi xadimin fəaliyyətinin ilkin qiymətləndirilməsi, onun gələcək addımları barədə proqnozları doğruldub-doğrultmaması və verdiyi vədlərə sadiqliyi istiqamətində indikator xarakterli model hesab edilir. Daha sonra Mehriban xanım Əliyevanın İtaliya, Fransa, Almaniya, Macarıstan, Bosniya və Herseqovina, Serbiya, Rumıniya, Bolqarıstan, Gürcüstan, Rusiya və Pakistanın bir sıra şəhərlərində dünya əhəmiyyətli siyasi-humanitar layihələri sadalanır, Birinci vitse-prezidentin yüz gün ərzində Azərbaycan daxilində geniş spektorlu fəaliyyətindən söhbət açılır, onun insansevərlik, mərhəmət, vicdan, ləyaqət, ədalət və ən əsası milli dəyərləri uca tutulması prinsiplərini rəhbər tutduğu qeyd edilir.
Məqalə müəllifi qeyd edir ki, xüsusən yüz gün ərzində Birinci vitse-prezidentin qarşısındakı ilk hədəfi milli dəyərlərin mühafizəsi oldu. Məqalədə müasir, qloballaşan dünyanın əksər ölkələrində informasiya mübadilələrinin artması və miqrasiya proseslərinin intensivləşməsi səbəbindən milli mənəvi, eyni zamanda ailə dəyərlərinin məhv olmasının acınacaqlı nəticələrindən bəhs edilir və milli mənəvi qavramların Azərbaycanda qorunması işinə vahid kurasiyadan yanaşma imkanının formalaşması mühüm addım kimi dəyərləndirilir. Məhz bu dəyərləri üstün tutmaqla, insanlarda milli həmrəylik hissinin bir daha gücləndirilməsinə nail olan Birinci vitse-prezidentin təşkilatçılığı ilə Bakı şəhərində məcburi köçkünlər üçün salınacaq qəsəbədə tikiləcək mənzillərin əksəriyyətinin özəl şirkətlər tərəfindən təmin edilməsinə nail olması yüz günün digər uğuru kimi dəyərləndirir.
Müəllif, həmçinin Mehriban Əliyevanın siyasi plüralizmlə, vətəndaş cəmiyyətində media və tənqidin rolu ilə bağlı müsahibəsi və orada səslənən bəyanatına sadiqliyinə diqqət çəkir və “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin rəhbəri kimi siyasi düşüncəsindən, aid olduğu media qurumunun mövqeyindən asılı olmayaraq bütün jurnalistlərin fəaliyyəti üçün yüksək şərait yaradılmasına tam nail olunduğunu vurğulayır.
Daha sonra Birinci vitse-prezidentin yüz gündə ölkə daxilində 15-dən çox beynəlxalq səviyyəli görüş keçirməsi, onun birbaşa təşkilati rəhbərliyi ilə Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları, Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə, həmçinin idman gimnastikası üzrə dünya kuboku yarışları, Azərbaycanda Macarıstan günlərinin yüksək səviyyədə təşkil edilməsinə diqqət çəkilir.
Məqalədə vurğulanır ki, Mehriban xanım Əliyevanın qısa müddət kəsimindəki titanik fəaliyyəti təbii ki, dünya mediasının diqqətində olmuş, müxtəlif ölkələrdə onun barəsində 120-dən artıq məqalə yayımlanmış, xüsusən IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə qüsursuz rəhbərliyi onu müsəlman dünyasının qəhrəmanına çevirmiş, Mehriban xanım Əliyeva islam dünyasının ən güclü qadını kimi xarakterizə edilmişdir.
Qeyd edək ki, məqalənin müəllifi azərbaycanlı hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru, dosent Bəhruz Məhərrəmovdur.
Məqalə ilə daha ətraflı bu linkdə tanış ola bilərsiniz. http://www.lhrtimes.com/2017/06/09/iron-lady-east-mehriban-aliyeva/