Seçiciləri Madər Musayevi axtarır: "Adını belə bilmirik" – VİDEOİTTİHAM

04:21 | 12 İyun, 2017

“Deputat və seçici” adlı rubrikasının yeni reportajı 10 saylı Binəqədi üçüncü seçki dairəsindən millət vəkili seçilmiş Madər Musayev haqqındadır. Rubrikamızın əsas məqsədi, seçicilərin problemlərini rahatlıqla deputatlara çatdıra bilməsini təmin etməkdir.
Binəqədi rayonunun fərqli ərazilərində sorğu apardığımız seçicilərin əksəriyyəti Madər Musayevi tanımadıqlarını dedilər: “Biz millət vəkilimizin adını belə bilmirik. Əksər problemlərimiz hələ də həll olunmayıb. Mütəmadi olaraq görüş keçirilsə, problemlərimizi dilə gətirərik.” – deyə sakinlər bildirdilər.

//Bolge.tv