backend

"Deyəsən, 28-ci dəfə Həcc ziyarətində olacam" – Şeyxin rekordçu qudası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Həcc ziyarəti hələ başlamayıb. Başlayan kimi, Allahın izni ilə yenə də Həcc ziyarətinə gedəcəm.
Editor.az xəbər verir ki, bunu ölkə.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası, Milli Məclisin keçmiş deputatı hacı Qalib Salahzadə bildirib.
Həcc ziyarətinə getməyi bu il də niyyət etdiyini söyləyən Qalib Salahzadə deyib ki, Allah imkan versə, bunu reallaşdıracaq.
Sabiq deputat indiyədək Həcc ziyarətində neçə dəfə olduğunu da dəqiq bilmədiyini deyib:
“Dəqiq bilmirəm ki, indiydək neçə dəfə Həcc ziyarətində olmuşam. Deyəsən, bu dəfə 28-ci dəfə Həcc ziyarətində olacam. Ancaq Milli Məclisin deputatları arasında ən çox Həcc ziyarətində olan mənəm”.