Ruhi xəstə anasını bıçaqladıbackend

Ruhi xəstə anasını bıçaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Editor.az Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə hadisə Binəqədi rayonunda qeydə alınıb.
1998-ci il təvəllüdlü Vaqif Rüstəmov Xocasən qəsəbəsində yaşadığı evdə mübahisə zəminində anası, 1973-cü il təvəllüdlü Sevinc Əliyevanı bıçaqlayıb. Ruhi əsəb xəstəsi olan Vaqif anasına 3 bıçaq zərbəsi vurub.
S.Əliyeva xəstəxanaya yerləşdirilib. Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.