Levandovski üçün PSJ və “Real” etirafıbackend

Levandovski üçün PSJ və “Real” etirafı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Robert Levandovskinin keçmiş meneceri Cesari Kuçarski, futbolçunun transferi və gələcəyi haqqında açıqlama verib.

Kuçarski, Fransa mətbuatına verdiyi açıqlamada, polşalı futbolçunun “Real”a transfer olmaq istədiyini deyib:

“Levandovskiyə əvvəlki illərdə bir çox təklif gəldi. Robert və həyat yoldaşı Fransaya, yəni PSJ-yə, ya da İngiltərəyə getmək istəmədi. Onun üçün bir ehtimal vardı, o da “Real”.

“Real” mövsümün əvvəlində 30 yaşlı hücumçunu transfer etməyə çalışsa da, “Bavariya” gələn təklifləri qəbul etməmişdi.

//komanda.az