Bakı metrosunda şantaj: Rüsvay edəcəkdi, özü rüsvay oldubackend

Bakı metrosunda şantaj: Rüsvay edəcəkdi, özü rüsvay oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Editor.az-a verilən məlumata görə, yanvarın 14-də Bakı Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini həmin gün saat 16 radələrində metronun “Elmlər Akademiyası” stansiyasında bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb etdiyini bildirib.

Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Şəmkir rayon sakini A.İmanov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.