İrandan ölkəyə düz bağırsağından narkotik və psixotrop maddə keçirmək istədibackend

İrandan ölkəyə düz bağırsağından narkotik və psixotrop maddə keçirmək istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Piyada yolla İran İslam Respublikasından gələn bu ölkə vətəndaşı Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Editor.az-a verilən məlumata görə, yoxlama zamanı onun üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasada, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb.
Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın tibbi müayinəsi nəticəsində – düz bağırsağından, şəffaf sellofana bükülü 6 ədəd yumru uzunsov formalı bağlama və bir ədəd kiçik ölçülü büküm aşkarlanıb.
Baxış zamanı 2 ədəd bağlamada ümumi çəkisi 105 qram təşkil edən narkotik vasitə – heroin, 4 ədəd bağlamada ümumi çəkisi 105 qram təşkil edən psixotrop maddə – metamfetamin və bir ədəd xırda ölçülü bükümdə isə ümumi çəkisi 6 qram təşkil edən narkotik vasitə – tiryək aşkarlanıb.
Xatırladaq ki, metamfetamin adlı preparat “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.