Ərdoğan: Türkiyənin Suriyada əsas məqsədi PKK ilə bağlılığı olan yaraqlıların məhv edilməsidir

00:51 | 24 Yanvar, 2019

Türkiyənin Suriyada əsas məqsədi İŞİD terror qruplaşmasına və PKK ilə bağlılığı olan kürd “Xalq özünümüdafiə qüvvələri” dəstələri ilə mübarizə aparmaqdır.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Türkiyə danışıqlarının yekunları üzrə mətbuat konfransında bildirib.

T.Ərdoğan deyib: “Bizim əsas vəzifəmiz Suriyanı İŞİD-dən və “Xalq özünümüdafiə qüvvələri” təmizləməkdir, bu bizim borcumuzdur. Bu məlumatı mən Rusiya tərəfinə verdim. Biz terrorçuluğa qarşı mübarizədə əlaqələndirməni gücləndirəcəyik”.

Türkiyə prezidenti qeyd edib ki, Ankaranın bəzi terror təşkilatları Rusiya və Türkiyə əməkdaşlığını [Suriyada] pozmağa çalışdıqlarından xəbəri var.

T.Ərdoğanın sözlərinə görə, iki ölkəyə bu qruplaşmalarla mübarizəni gücləndirmək lazımdır.

//Trend