Oturacaqda 3200 siqaret gizlətdi – Fotobackend

Oturacaqda 3200 siqaret gizlətdi – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana “Mercedes Benz ” markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib. 
Editor.az xəbər verir ki, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.
Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin arxa oturacağının içərisində gizlədilmiş 3200 ədəd “Gold Mount” markalı siqaret aşkar edilib.