Rusiyanın məşhur reperi öldü

17:30 | 3 Fevral, 2019

Rusiyanın Detsl ləqəbi ilə tanınan məşhur rep ifaçısı Kirill Tolmatski 35 yaşında dünyasını dəyişib.

Bu barədə onun atası Aleksandr Tolmatski öz “Facebook” səhifəsində yazıb.

“Kirill artıq yoxdur…”, – o bildirib.

A.Tolmatski oğlunun ölüm səbəbini açıqlamayıb.

Repçinin son günlərini Rusiya üzrə səyahətlərə həsr etdiyi bildirilir.

//report