Bərdədə atılan uşaqlarla bağlı KOMİTƏDƏN AÇIQLAMAbackend

Bərdədə atılan uşaqlarla bağlı KOMİTƏDƏN AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bərdə rayonunda Qazax rayonunun Kəmərli kənd sakini Yeganə Osmanova tərəfindən iki uşağın atılması faktı ilə əlaqədar Bərdə Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyası rəy verəcək.
Editor.az bildirir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
Onun sözlərinə görə, araşdırmanın nəticələrinə uyğun olaraq, valideynlik hüququndan tam məhrumetmə, məhdudlaşdırma və ya inzibati cərimənin tətbiqi ilə bağlı qərar veriləcək: “Valideyn hüquqlarının məhdudlaşdırılması yerli icra hakimiyyətinin də qərarı ilə mümkündür. Hər bir halda istənilən qərar verilərkən uşaqların mövqeyi müdafiə edilməlidir. Amma qərarın verilməsi üçün, ilk növbədə, uşaqların təkbaşına saxlanılmasının səbəbləri üzə çıxarılmalıdır. Əgər valideynlik hüququndan sui-istifadə təsdiqini taparsa, onda məhkəmə 1-2 ay ərzində qərar verir”.