Günay Malikqızıdan “14 yaşlı qızın oteldə nə işi var” deyənlərə sərt cavab

16:47 | 4 Fevral, 2019
Bir neçə gün öncə saytlarda Bakıda 14 yaşlı qız evli kişi tərəfindən zorlanması ilə bağlı xəbər yer almışdı. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs, “Ambassador” otelin marketinq üzrə meneceri Əhmədov Nəriman Asif oğludur.
Məlumata görə, o, işlədiyi “Ambassador” otelin otağında 9 noyabr 2018-ci il tarixində yetkinlik yaşına çatmayan azyaşlı qızı zorlayıb.
İddiaya görə, həmin şəxs yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan zaman videoçəkiliş də aparıb. Maraqlı məqam isə ondan ibarətdir ki, hadisə üzə çıxandan sonra 26 yaşlı şəxs telefonunu dəyişdirib və qızla arasında olan yazışmaları silib.
Məsələyə münasibət bildirən bəzi sosial şəbəkə istifadəçiləri “qızın oteldə nə işi var idi” və s. kimi şərhlər yazıb.
Editor.az xəbər verir ki, bu münasibətlərə etiraz edən Park Bulvar AVM-nin PR-meneceri, tanınmış jurnalist Günay Malikqızı bildirib ki, belə şeylər hər yerdə olur, orada qızı günahkar tutmaq “onun orada nə işi var” və s. kimi fikirlər səsləndirmək düzgün deyil.
“Bu hadisələrin olmamağı lazımdır. Mənim münasibətim hadisəyə deyil, hadisəyə olan münasibətədir. Məni bu münasibət şoka salır”.
Günay Malikqızı deyib: “Mən işləməyə başlayanda 17 yaşım var idi. Müsabiqədən keçdim və tamamilə kişilərdən (adamlardan) ibarət kollektivdə çalışmağa başladım. Məktəbi yenicə bitirən biri, balaca qızcığaz istənilən sevgi sözlərinə inanardı. Amma, ətrafımda yaşca məndən bəlkə də ən çoxu 4-5 yaş böyük olan oğlanlar məni “balaca” (1.75 boyuma rəğmən) deyə çağırırdılar. Çəkiliş gec bitəndə məni evə ötürürdülər, qoruyurdular, müdafiə edirdilər. Belə gözəl insanlara rast gəldiyimə görə, çox xoşbəxtəm! Deyərsiniz ki, nə dəxli var? İnsanın özünü aparmağı vacibdir. Düzdür! Amma, insanı aldatmaq istəyənlər, sui-istifadə etmək istəyənlər ola bilər. Mənim ətrafımda belə insan olmayıb. Bəxtim gətirib ki, kişi adamlarla işləmişəm.
Kişi olmaq nəsil artırmaq üçün verilən imkandan harada gəldi, necə gəldi istifadə etmək deyil. Kişi olmaq özünü dərk etməkdir. “Qızın oteldə nə işi var deyən” ……., qız otelə gedə bilər, çaşa bilər, səhv edər, özün pis aparar o uşaqdır, heç uşaq deyil qızdır, bəs sən? Kişi necə fərqlənir? Ağlı ilə təmkini ilə fərqlənməlidir ya yox? Hər qarşısına gələn haqda “bunu necə aldada bilərəm?” düşünən də kişi deyir özünə? Qız sevə bilər, özü razılıq verə bilər, amma bu halda belə kişi fərqlənməlidir.
Türklər kişiyə “erkek” deyir, amma, hər erkeyə ADAM demirlər. ADAM olun! ADAM! Amma baş verənlərə yazılanlardan belə görünür ki, ADAM azalıb…”