Nazirlikdən abortda öldüyü deyilən qadınla bağlı AÇIQLAMA

16:22 | 12 Fevral, 2019
Səhiyyə Nazirliyi Göyçayda baş verən ana ölümü ilə bağlı məlumat yayıb.  
Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, Göyçay rayon Qaraməryəm kəndində müvəqqəti məskunlaşmış Əliyeva Nurlanə Əlişirin qızı (1990 cı il tvəllüdlü) Göycay MRX-na qanaxma ilə müraciət edib. Güclü qanaxmanın qarşısını almaq məqsədi ilə hamiləliyin süni dayandırılması qərarı verilib:
“Xəstəxanadan verilən məlumata görə süni müdaxilə zamanı xəstə dünyasını dəyişib.
Hazırda Səhiyyə Nazirliyinin Ölüm Hallarını Araşdıran Komissiyası və Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyi, habelə, Göycay Rayon prokurorluğu hadisəni araşdırır”.
Rəsmi məlumata görə, ölümün dəqiq səbəbi haqqında məlumat istintaq araşdırmaları başa çatdıqdan sonra müəyyənləşəcək və ictimaiyyətə açıqlama veriləcək.
Qeyd edək ki, Əliyeva Nurlanə bu günə kimi 4 hamiləlikdən 3 keysəriyyə kəsiyi əməliyyatı keçirib.