Bir nəfər özünün dənizə atdı – FHN axtarışa başladı

13:53 | 14 Fevral, 2019

Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Editor.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.