Pensiyalar yenidən artacaq: 5 gün qaldı – Nazirdən ŞAD XƏBƏR

14:45 | 14 Fevral, 2019

Minimum əmək pensiyalarının qaldırılmasına dair cənab prezident qərar verdi.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev hazırda keçirdiyi mətbuat konfransında deyib.

Nazir yekun qərarın bu ayın 19-u açıqlanacağını bildirib:

“Bu təşəbbüs hazırlanaraq Milli Məclisə təqdim olundu. Dünən MM-in komissiyasında müzakirə olunaraq təsdiq olundu və plenar iclasa tövsiyə edildi. 19 fevral tarixində plenar iclasda biz bu qanun layihəsinin, qanunvericilik dəyişikliyinin təsdiqini gözləyirik. Bu addım minimum pensiyaların 116 manatdan 160 manata qaldırılmasını nəzərdə tutur. Burada da təqribən 40 faizlik artım olacaq. Beləcə, 233 min pensiyaçımızın aylıq pensiyası artmış olacaqdır”.

//Milli.az