Keçmiş “KVN”çi Ukrayna prezidentliyinə əsas favoritdirbackend

Keçmiş “KVN”çi Ukrayna prezidentliyinə əsas favoritdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynalı komik və şoumen Vladimir Zelenski prezident seçkilərinin əsas favoritinə çevrilib.

Bu barədə “Qabaqcıl hüquqi təşəbbüslər” ictimai təşkilatının keçirdiyi rəy sorğusundan aydın olub.

Onun namizədliyinə 34,04% seçici səs verməyə hazırdır. Bu isə hazırki prezident Pyotr Poroşenkoya göstəriləcək dəstəkdən 2 dəfə çoxdur.

Poroşenko yalnız 14,22% seçicinin dəstəyini qazanıb. Üçüncü pillədə yerləşən “Batkovşina” partiyasının sədri Yuliya Timoşenko isə yalnız 12,9%-lik ictimai dəstəyə malikdir.

Sorğu Krım, Donetsk və Luqansk istisna olmaqla, bütün Ukrayna ərazisində 164 min respondent arasında keçirilib.

Xatırladaq ki, Vladimir Zelenski keçmiş “KVN”çi və “Kvartal 95” şirkətinin sahibidir.

//modern.az