Azərbaycanda 3 yaşlı qohumuna göz dikən manyak həbs edildibackend

Azərbaycanda 3 yaşlı qohumuna göz dikən manyak həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qubada 3 yaşlı qohumuna qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Füzuli Bəylərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 
Editor.az Lent.az-a istinadla verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, Füzuli Bəylərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan təqsirləndirilən məhkəmə zalından həbs edilib.
Qeyd edək ki, hadisə bu il Qubada baş verib.
Füzuli Bəylərov bacısı qaynının 3 yaşlı oğlunu evdə tək olduğunu bilib və ona qarşı seksual xarakterli hərəkətlər edib.
Uşağın valideynləri məsələdən xəbardar olaraq hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Məlumat əsasında F.Bəylərova qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb.
Lakin onun barəsində həbs qətimkan tədbiri seçilməyib.