backend

Çexiya XİN erməni mətbuatının iddialarını təkzib edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiyanın Xarici İşlər Nazirliyi (XİN) bu ölkənin Ermənistandakı səfiri Pyotr Mikiskanın Azərbaycan əleyhinə açıqlamalar verdiyi barədə erməni mətbuatının iddialarını təkzib edib.
 
Çexiya XİN-in mətbuat katibinin müavini İrena Valentova Trend-ə bildirib ki, səfir P.Mikiska Yerevanda keçirilmiş mətbuat konfransında iştirak edib:
“Mətbuat konfransının hesabatı səfir tərəfindən razılaşdırılmayıb və hesabatda yer alan bəyanatlar səfir tərəfindən səsləndirilməyib”.
Mətbuat katibi onu da bildirib ki, bundan sonra Azərbaycanın Çexiyadakı səfiri Çexiya XİN-də qəbul edilib:
“Bütün qeyd edilənləri nəzərə alaraq, tərəflər bu məsələni həll olunmuş hesab edir”.
Bir müddət əvvəl Ermənistan KİV-ləri məlumat vermişdi ki, Çexiyanın Yerevandakı səfiri Azərbaycanın Avropa Parlamentinin bir sıra deputatlarını, o cümlədən çexiyalı siyasətçini beynəlxalq axtarışa verməsi ilə bağlı Azərbaycan əleyhinə açıqlamalar verib.
//Milli.Az