backend

ABŞ Rusiya hakimiyyətini devirmək istəyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Birləşmiş Ştatların Kremldə hakimiyyət dəyişikliyi hazırlamasından narahatdır.
Bu barədə məlumatı Associated Press-ə açıq informasiya ilə işləyən müdafiə kəşfiyyatı agentliklərindən biri ötürüb.
Hesabatda deyilir ki, iki ölkə arasındakı hazırkı gərginliyin və Soyuq müharibə illərdində olduğu kimi hərbi yarışın bərpa olunmasının əsas səbəbi də budur.
Moskva narahatdır ki, Amerika Rusiya hakimiyyətini devirməyə çalışır və onun dünya boyunca demokratiya yaymaq missiyası əslində bir formada olan dəyərlər sistemi yaratmaq məqsədi güdür.
 
Kreml Birləşmiş Ştatların Rusiyada hakimiyyət dəyişikliyi etmək niyyətindən çox ciddi şəkildə narahatdır.
Bu da vurğulanır ki, Rusiyanın Ukraynanın şərqindəki vəziyyəti daha da gərginləşdirməsinin başlıca səbəbi budur.
Kreml inanır ki, 2014-cü ildə Ukraynanın rusiyapərəst prezidentinin devrilməsinin arxasında məhz ABŞ durur.
Hesabata görə, Rusiyanın Krımı ilhaq etməsinə səbəb də elə Ukrayna prezidenti Yanukoviçin devrilməsi olub.
“The İndependent” yazır ki, bu hesabat Soyuq müharibə illərində iki superdövlətin rəqabətini əks etdirən hesabatlara bənzəyir.
Lakin belə hesabatların yazılması 1991-ci ildə, Sovet İttifaqının çöküşü ilə dayandırılmışdı.
İndi, son on ildə ABŞ və Kreml arasında böyük gərginlik müşahidə edilir.
Bu iki ölkə arasında münasibətlər xüsusilə də keçmiş ABŞ prezidenti Barack Obama Moskvanı 2016-cı il ABŞ prezident seçikisinə müdaxilə cəhdlərində ittiham edəndən bəri daha da pisləşib.
Rusiya prezidenti Vladimir Putin hər hansı belə müdaxilə cəhdinin olduğunu danır.
Bu hesabat Rusiyanın qlobal rolunun artmasından Washington-da narahatlığın yarandığı bir vaxta təsadüf edir.
Konqres üzvləri bildirirlər ki, Rusiya beynəlxalq meydanda özünün təcavüzkar hərəkətlərini artırır.
Onların dediyinə görə, Krımın ilhaqı və ABŞ seçkisinə müdaxilə cəhdi belə aqressiv siyasətin göstəricisidir.
Sözü gedən hesabatı AP agentliyinə ötürmüş analitik mərkəz israr edib ki, bu sənəd Donald Trump prezident seçilməzdən əvvəl tərtib edilib və son hadisələrlə hər hansı bir şəkildə bağlı deyil.
Lakin hesabat Sovet İttifaqı çökəndən bəri Rusiyanın artmaqda olan hərbi qabiliyyətindən söz açır.
Hesabatda deyilir ki, indi Rusiya ordusu bir vaxtlar mövcud olan ağır silahlı Sovet ordusu deyildir.
Rusiya daha yığcam, daha müasir, daha döyüş qabiliyyətli və daha mobil qüvvələrini inkişaf etdirə bilib.
//Milli.az