“Qadağa qoyulmayıb, tövsiyyə edilib ki…” – MTRŞ sədri Rüfət Axundov haqdabackend

“Qadağa qoyulmayıb, tövsiyyə edilib ki…” – MTRŞ sədri Rüfət Axundov haqda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Milli Televiziya və Radio Şurası “Space TV”-də baş verən hadisə ilə bağlı lazımı tədbiri gördü”.
Editor.az xəbər verir ki, bunu ONA-ya açıqlamasında “Space” TV-də müğənni Rüfət Axundovun və əməmkdar artist Rəşad İlyasovun efirdə qeyri-etik ifadələr işlətməsinə münasibət bildirən MTRŞ sədri Nuşirəvan Məhərrəmli söyləyib.
N. Məhərrəmli deyib ki, MTRŞ telekanallarda həmin müğənniyə qadağa qoymaq barədə qərar qəbul etməyib:
“Sadəcə, MTRŞ telekanallara tövsiyə edib ki, bu cür insanlarla ehtiyatlı hərəkət etsinlər”.
N. Məhərrəmli R. Axundovun həmin ifadəni dilə gətirmədiyi, bunun montaj olduğu barədə açıqlamasına da münasibət bildirib:
“MTRŞ monitorinq etdi, tədbir gördü, məsələ bununla da bitdi. Gələcəkdə telekanallarda belə hadisələr baş verəcəksə, ona uyğun da adekvat addımlar atılacaq”.