İrandan bahalaşan neftlə bağlı kritik açıqlama

12:28 | 15 Aprel, 2019

İrandan son günlərdə dünya bazarında neft qiymətinin artması ilə bağlı açıqlama gəlib.

İranın neft naziri Bicən Namdar Zəngənə bunun səbəbinin ABŞ-ın ölkəsinə tətbiq etdiyi sanksiyalar olduğunu deyib.

İran Dövlət Televiziyasında çıxış edən nazir deyib ki, neftin qiymətinin artması bazarın təşviş içində olduğunu göstərir.

“Donald Tramp İrana təzyiqi artırmaqla ABŞ-da neftin qiymətlərini aşağı səviyyədə saxlamaq arasında seçim etməlidir. Venesuelada problemlər var. Rusiyaya sanksiya tətbiq edirlər. Liviya qeyri-sabitdir və ABŞ-da neft istehsalı əldən getdi. Bu mənzərəyə görə, istehsal, tələb və təklif çox kritik prosesdən keçir. Təklifin tələbdən daha çox olması və ya mövcud potensialı keçməsi kimi bir vəziyyət yoxdur. Bu istiqamətdə verilən açıqlamalar bazarı arxayın etmək üçündür” – Zəngənə qeyd edib.

//Publika.az