İmişlidə 3 otaqlı ev yanıb

12:43 | 18 Aprel, 2019

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Əliqulular kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

//Milli.Az