Qardaşı bıçaqlamışdı, 2-ci bacı da öldübackend

Qardaşı bıçaqlamışdı, 2-ci bacı da öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 16-da Bakıda qardaşı tərəfindən ağır yaralanan bacı xəstəxanada vəfat edib.

1976-cı il təvəllüdlü Muxtar Əhlimanov ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı Buzovna qəsəbəsində yaşayan bacısı, 1964-cü təvəllüdlü Səəadət Əhlimanovanı bıçaqlayaraq öldürüb, daha sonra digər bacısı 1962-ci il təvəllüdlü Məlahət Əhlimanovu bıçaqlayaraq xəsarətlər yetirmişdi. Ağır yaralı olan M.Əhlimanova xəstəxanaya yerləşdirilib, dünən isə orada vəfat edib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda başlanan cinayət işi Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsinə tövsif edilib. Muxtar Əhlimanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

//qafqazinfo