Şri-Lankada daha bir partlayış – Kilsə yaxınlığındabackend

Şri-Lankada daha bir partlayış – Kilsə yaxınlığında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şri-Lankanın paytaxtı Kolomboda yenidən partlayış baş verib.
Editor.az  Trend-ə istinadən xəbər verir ki, partlayış kilsənin yaxınlığındakı yük maşınına yerləşdirilmiş partlayıcı qurğu zərərsizləşdirilərkən baş verib. Partlayış nəticəsində xəsarət alanlar barədə hələ məlumat yoxdur.
Qeyd edilir ki, həmin kilsə ötən gün partlayış baş vermiş kilsədir.
Xatırladaq ki, ötən gün Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı 8 partlayış törədilib.
Partlayışlar nəticəsində ölənlərin sayı 262-ə çatır.
Partlayışlara görə cavabdehliyi heç bir terror qruplaşması öz üzərinə götürməyib.