Yolu düz keçməyən piyada ağır yaralandı

01:43 | 4 May, 2019

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bakıxanov qəsəbəsində qeydə alınan qəza zamanı 1984-cü il təvəllüdlü Salmanov Bəhlul Əsgər oğlu piyadalar üçün nəzərdə tutulmayan ərazidən yolu keçmək istəyərkən yaralanıb.

Yaralı hadisəni törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Ona bel-ombanın və döş qəfəsinin əzilməsi diaqnozu qoyulub. Yaralı reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.