Astarada meyvə ağacları kütləvi şəkildə quruyur – VİDEObackend

Astarada meyvə ağacları kütləvi şəkildə quruyur – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Astara rayonunun dağlıq ərazilərindəki sitrus bağlarında xəstəlik yayılıb.

bir neçə gün ərzində sitrus ağaclarında yayılan xəstəlik rayonun Siyəkü ərazi vahidliyinə daxil olan Rinə, Təxtənəkəran, Vaqo kəndlərində 200 hektardan çox əraziyə yayılıb.

Gəlirləri sitrus bağlarından çıxan kənd sakinləri ağacların çiçəklənmə dövründə yaranan problemə – meyvə ağaclarının kütləvi şəkildə qurumasına görə narahatdırlar.

Təsərrüfat sahibləri vaxtında dərmanlama, gübrələmə, budama, aqrotexniki qulluq görən ağacların nə üçün belə sürətlə quruduğunu anlamırlar. Onlar bu vaxta kimi belə halla rastlaşmadıqlarını bildirirlər.

//Oxu.az