Bakı-Sumqayıt yolunda ölən tələbələrin sayı 5-ə çatdı: 20 yaralı varbackend

Bakı-Sumqayıt yolunda ölən tələbələrin sayı 5-ə çatdı: 20 yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyi Bakı-Sumqayıt yolunda bu gün sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölən və xəsarət alan şəxslərlə bağlı yeni məlumatı açıqlayıb.
Milli.Az bildirir ki, nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, xəsarət alanların 17-si Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, 4 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralılardan biri Kliniki Tibbi Mərkəzə daxil olan kimi dünyasını dəyişib. Ümumilikdə hadisə nəticəsində 5 ölüm faktı qeydə alınıb. Kliniki Tibbi Mərkəzdə olan iki xəstənin vəziyyəti ağırdır.
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən yaralılardan 3 nəfər travmotologiya, 6 nəfər neyrocərrahiyə, 2 nəfər reanimasiya, 3 nəfər cərrahiyə şöbəsinə yerləşdirilib, 2 nəfərə isə ambulator yardım göstərilib.
Xəsarət alanlardan 3 nəfər – 2-si Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından, biri isə Kliniki Tibbi Mərkəzdən evə buraxılıb.
S.Əhmədova bildirib ki, hazırda Səhiyyə Nazirliyinin qabaqcıl mütəxəssisləri xəstəxanalara gedərək yaralıların vəziyyəti ilə yaxından tanış olur, lazımi yardım göstərirlər.
Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Trend-ə verdiyi məlumata görə, yol qəzası nəticəsində 5 nəfər ölüb, 20 nəfər xəsarət alıb.
Yaralılardan 17-si Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, 3 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Bakı-Sumqayıt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 17 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Mlli.Az xəbər verir ki, xəstəxanadan APA-ya verilən məlumata görə, onların vəziyyəti orta-ağırdır. Daha 4 nəfər isə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onlardan 3-ü hazırda xəstəxanadadır, xəsarəti yüngül olan bir nəfər evə buraxılıb.
Milli.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, qəza nəticəsində ölənlərin sayı 4-ə çatıb. Ölənlərin hər 4-ü tələbədir.
Xəsarət alanlardan 6 nəfəri Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan APA-ya verilən məlumata görə, onların vəziyyəti orta-ağırdır.
Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Trend-ə verdiyi məlumata görə, 3 nəfər hadisə yerində dünyasını dəyişib. Ölənlərin hər 3-ü tələbədir.
Xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyətləri ağırdır.
Milli.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Avtobusun sərnişinlərinin hamısının tələbə olduğu bildirilir.
Belə ki, qəzaya uğramış “Ford-tranzit” markalı mikroavtobus tələbələri Sumqayıt Dövlət Universitetinə aparırmış.
Qeyd edək ki, mikroavtobus şosenin Masazır dairəsindəki körpünün üstündə sərnişin daşıyan mikroavtobus dəmir məhəccərə çırpılıb.
Videonu izləmək üçün şəklə klikləyin:
Bakı-Sumqayıt mikroavtobusu QƏZAYA UĞRADI: ölən və yaralananlar var
Bakı-Sumqayıt yolunda ağır qəza baş verib.
Milli.Az azvision.az-a istinadən xəbər verir ki, “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb.
İlkin ehtimala görə, “Ford-Tranzit”in sürücüsü yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus dəmir maneəyə dəyib.
Hadisə yerinə yol polisi və təcili tibbi yardım əməkdaşları cəlb olunublar.
Qəza nəticəsində ölən və yaralıların olduğu bildirilir.
Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb.
İkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var. Qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub.
Yolda avtomobillərin sıxlığı yaranıb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəza Bakı-Sumqayıt yolunda baş verib. Məlumata görə, Bakıdan Sumqayıta gedən mikroavtobusun sürücüsü yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus maneəyə çırpılıb. Hadisə yerində yol polisi işləyir.
İdarədən qəza nəticəsində xəsarət alanların olduğu bildirilib.
//Trend