backend

İş adamı Rəşad Qafarov maşınında ölü tapıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Praqada maşınında bıçaqlanmış vəziyyətdə ölü tapılan azərbaycanlı iş adamı Rəşad Qafarovun şirkəti beynəlxalq yükdaşımalarla məşğul olur.
“TERN TRANSPORT & TRADING” şirkətinin saytında göstərilənlərə əsasən bu şirkət 2008-ci ildə yaradılıb, hava, dəniz, dəmiryolları və avtomobil daşımaları ilə loqistik xidmətlərin tam kompleksini təklif edir.
Şirkətin ilkin yükdaşıma marşrutu Azərbaycandan olsa da o, tezliklə fəaliyyətini genişləndirib, Çexiya, Böyük Britaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Türkiyədə filiallar şəbəkələri, anbarlar yaradıb. Şirkət hazırda Avropanın avtomobil nəqliyyatı ilə yükdaşımalar sahəsində liderlərindən biridir. Saytda göstərilir ki, şirkət dünyanın istənilən bir nöqtəsindən istənilən başqa nöqtəsinə yükləri çatdırmağa hazırdır. Yükdaşımalardan əlavə şirkət yüklərin qısa və uzunmüddətli saxlanılmasını, yüklərin idarə edilməsini, gömrük xidmətlərini, sığorta və digər məsələləri də həll edir.
Hazırda şirkət dünyanın 6 qitəsində və onlarla ölkəsində işləyir. Azərbaycanda və Avropa İttifaqı ölkələrində anbar kompleksləri var.
XXX
Azərbaycanlı iş adamı,  “Tern Transport & Trading CZ” şirkətinin rəhbəri Rəşad Qafarov  Praqada maşınında ölü tapılıb. Çexiyanın “Nova TV” televiziyası xəbər yayıb ki, hadisə günün günorta çağı baş verib. Onun üzərində bıçaq xəsarətləri olub.
Polis hələlik hadisənin necə baş verməsi ilə bağlı məlumat yaymayıb.Azərbaycanın Çexiyadakı Konsulluğundan deyiblər ki, onlara iyunun 30-da Çex polisindən onlara şifahi məlumat daxil olub.
“Rəşad Qafarovun öz maşınında cansız vəziyyətdə” tapılması haqda məlumat verilib, hadisənin araşdırıldığı bildirilib.

///virtualaz.org