2 yaşlı uşaq xlor, 16 yaşlı qız kamfora yağı içdibackend

2 yaşlı uşaq xlor, 16 yaşlı qız kamfora yağı içdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlaxda 2 yaşlı uşaq xlor içərək zəhərlənib.

Editor.az-ın məlumatına görə, hadisə Yuxarı Qarxun kəndində baş verib.

2017-ci il təvəllüdlü kənd sakini Məmmədova Əfruz Kamil qızı ehtiyatsızlıq nəticəsində xlor içib. Ağır vəziyyətdə olan körpə xəstəxanaya çatdırılıb.

Həkimlərin vaxtında müdaxiləsi nəticəsində Ə.Məmmədovanın vəziyyəti stabilləşib və o, təhlükəni geridə qoyub.

Şəkidə 16 yaşlı qız dərmandan zəhərlənib.

ONA-nın məlumatına görə, mayın 12-də axşam saat 10 radələrində rayonun Aydınbulaq kənd sakini, 2003-cü il təvəllüdlü Aytən Əfqan qızı Əliyeva zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibb müəssisəsindən bildirilib ki, müayinə zamanı A.Əliyevanın kamfora yağı içərək zəhərləndiyi məlum olub. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən A.Əliyevanın vəziyyəti lazımi tibbi yardım göstərildikdən sonra stabilləşib.

Faktla bağlı araşdırma aparılır.