Qaradağ rayonunda ehtiyatsızlıq üzündən ölüm hadisəsi qeydə alınıb.
Editor.az ONA-ya istinadla bildirir ki, hadisə Lökbatan qəsəbəsində baş verib.
Belə ki, 2017-ci il təvəllüdlü Abbasova Ayla Ramin qızı yaşadığı evin 4-cü mərtəbəsinin pəncərəsindən yerə yıxılıb.
Azyaşlı hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.