Zaqatala rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsində 4 nəfər köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Zaqatala rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsi intensiv yağan yağışlar səbəbindən su ilə dolub, nəticədə ikisi azyaşlı olmaqla 4 nəfər evdə köməksiz vəziyyətdə qalıb.
Çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər.
//Editor.az