UEFA “Arsenal”a xəbərdarlıq etdi

14:51 | 23 May, 2019
UEFA “Arsenal”a Bakıda “Çelsi”yə qarşı keçirəcəkləri Avropa Liqası finalından öncə xəbərdarlıq edib.
Editor.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qurum “topçular”a azarkeşlərini finalda etirazlardan çəkindirməli olduğunu bildirib.
Nəşrin yazdığına görə, qitə futbol qurumu londonlu fanatların Henrix Mxitaryana görə etiraz edəcəyindən çəkinir.
Qeyd edək ki, “Arsenal” şəxsi istəyi ilə Henrix Mxitaryanı Bakıya gətirməyəcək.