Salyanda faciə: ər-arvad yaralandı

11:22 | 25 May, 2019

Salyanda 2 nəfərin xəsarət alması ilə nəticələnən  yol qəzası baş verib.

hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 45-ci kilometrliyində rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakının Xırdalan qəsəbə sakini, 1966-cı il təvəllüdlü Allahverdiyev Məhərrəm Kamil oğlu idarə etdiyi “VAZ-2106” markalı avtombillə Astara istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib, nəticədə avtomobil aşıb.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Allahverdiyeva Sarıtel Məhərrəm qızı  Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.