Uşaqlar bağçada göbələkdən zəhərləndilər – Rusiyadabackend

Uşaqlar bağçada göbələkdən zəhərləndilər – Rusiyada

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Çuvaşiya Respublikasında iki nəfər azyaşlı göbələkdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Uşaqların hər ikisinin 5 yaşı var.

Respublikanın Səhiyyə Nazirliyindən verilən məlumata görə, uşaqlar bağçanın həyətində gəzişərkən yabanı halda bitən göbələklərə rast gəliblər.

Göbələyi yeyən uşaqlarda mədə sancıları başlayıb və xəstəxanada onlara zəhərlənmə diaqnozu qoyulub.

Hazırda onlar ambulator müalicəyə buraxılıb.

//Trend