Böyük Britaniya və Fransa sərhədçiləri tərəfindən 74 miqrant saxlanılıb

10:33 | 2 İyun, 2019

Böyük Britaniya və Fransa hakimiyyətləri tərəfindən 74 miqrant saxlanılıb.

həmin miqrantlar gecə saatlarında La-Manş boğazını qeyri-qanuni keçməyə cəhd ediblər. Bununla onlar Birləşmiş Krallıqda məskunlaşmaq istəyiblər.

Məlumata əsasən, miqrantlar səkkiz kiçik qayıq ilə yola düşmək istəyiblər, lakin onlardan yalnız biri sahilə çata bilib.

Həmçinin deyilir ki, daha iki qayıq açıq dənizdə Fransanın, beşi isə – Britaniyanın sərhəd xidmətləri tərəfindən saxlanılıb.

//trend