Arif Qasımov yüksək gərginlikli elektrik xəttinin altında çayxana şəbəkəsi yaradıb – FOTOLAR backend

Arif Qasımov yüksək gərginlikli elektrik xəttinin altında çayxana şəbəkəsi yaradıb – FOTOLAR 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi vəzifələrini tutub. 2011-ci ilin iyul ayınadək Bakı şəhəri Nizami Bələdiyyəsinin sədri vəzifsində çalışıb.

Daha sonra, 2011-ci ildə bələdiyyə sədri vəzifəsindən Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alıb. Düz 4 il sonra isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Söhbət Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovdan gedir. Yoldaş Qasımovun vəzifə ardıcıllığına diqqət etdikdə onun Nizami rayonuna olan sevgisi açıq-aydın görünür. Keşlə qəsəbəsi üzrə nümayəndə, bələdiyyə sədri və ən nəhayət icra başçısı…

Hüquq təhsilli bir şəxsin bu kiçik vəzifələrdən keçib icra başçısı postuna sahiblənməsi və məhz Nizami rayonuna olan sevgisinin fonunda rayonun indiki vəziyyəti heç üst-üstə düşmür. Zaman-zaman Nizami rayonu sakitlik və səliqəsinə görə, diğərlərindən fərlənib.

Rayon ərazisindəki sövetlər dövründən qalan binaların səliqəli tikilişi, küçələrin daha geniş olması da bu rayona bir başqa gözəllik verirdi. Amma di gəl ki, bu vəziyyət Arif Qasimovun rayona icra başçısı təyinatından sonra dəyişib.

Bizimxeber.az olaraq hamının görə biləcəyi, subuta ehytiyac qalmayan bir faktı qeyd edəcəyik. Metronun Qara Qarayev stansiyasının lap yaxınlığında Şirin Mirzəyev küçəsi yerləşir. Hələ sovetlər dövdündə bu küçə uzunu  çəkilən yüksək gərginlikli elektrik xətti ciddi müzakirələrə səbəb olubmuş. Ərazidə yaşayan ağsaqqalar bildirir ki, bu yüksək gərginlikli elektrik xəttinn çəkilişi zamanı Moskvadan nümayəndələr gələrək yaşayış binalarının bu ərazidən uzaqda yerləşdirilməsinə nəzarət ediblər və ciddi olaraq tapşırılıb ki, yüksək gərginlikli elektrik xətti keçən ərazidə heç bir tikinti aparılmasın və əraziyə sıx ağaclar əkilsin. Bir sözlə bu ərazidə heç bir tikinti işlərinin aparılması, obyektlərin tikintisi yasaqlanıb.

Amma di gəl ki, bu qaydaları icra başçısı Arif Qasımov nəzərə almır, yaşıllıqları məhv etməklə yanaşı əraziləri obyekt, çay evi və restoran tikintisi üçün istifadə olunur.

Sözügedən Şirin Mirzəyev küçəsinin sol tərəfi də belə yasaq məkanlardandır. Amma icra başçısı Arif Qasımov bu ərazini metrəsinə kimi çayxana edilməsi üçün ya satıb, ya da icarəyə verib. Bu sıx meşəlik təmizlənib, yeri betonlanıb, hazarlanıb və  çay evləri fəaliyyət göstərir. Əcəba, Arif Qasımov bu məkanları çayxana sahiblərinə satarkən hansı qanunu əsas götürüb? Bu çay evlərinə kim nəzarət edir? İcra başçısı bir dəfə bu əraziyə gəlibmi? Ordakı vəziyyəti öz gözləri ilə görübmü? Ölkə başçısı bütün rayonları, kəndləri gəzdiyi halda bu içra başçısı niyə otağından çıxıb satdığı ərazidə yaranmış mənzərəyə kənardan da olsa tamaşa etmir?

Bu çayxanalarda qiymətlərə kim nəzarət edir? Hardadı bu ölkənin Vergilər Nazirliyi? 1 çaynik çay və 1 pletka şokalad nədən 5 manat etsin? Şirin Mirzəyev küçəsindəki, yüksəkgərginlikli elektrik xəttin altında 1 çaynik çay necə 5 manat edə bilər? Bu çay evlərini işlədən şəxslər ayda icra hakimiyyətinə nə qədər rəsmi və ya qeyri rəsmi yer pulu ödəyir? Bu ödənişlərin qəbzləri varmı? Orda sahibsiz qalan ağaclara niyə qulluq olunmur? Onların suzuqluqdan məhv olması kimlərə xoşdu? Antisanitariya hallarına görə, kim cavab verir?

Suallar olduqca çıxdur. Amma əsas məsələ bu ərazidə, yüksək gərginlikli elektrik xəttinin altında çay içmək üçün gələn insanların təhlükəsizliyidir. Bu hallar Arif Qasımovu narahat etmir?

Daha geniş reportaj ən yaxın genlərdə oxuculara təqdim ediləcək. Bizi izləyin!