Novruz Məmmədov: "Beynəlxalq QHT Alxanlıda uşaq və nənənin vəhşicəsinə qətli ilə bağlı niyə susurlar?"

12:26 | 6 İyul, 2017

“İnsan haqlarının müdafiəsini özlərinin əsas missiyası hesab edən beynəlxalq QHT Alxanlı kəndini atəşə tutaraq uşaq və nənənin vəhşicəsinə qətli ilə bağlı, görəsən, niyə ağızlarını açıb bir söz demirlər, nə səbəbə susurlar? Qəribədir, deyilmi?”
bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov Facebook səhifəsində yazıb.
N.Məmmədov qeyd edib: “Hesab edirəm ki, insan haqları məsələsində ədalətli və səmimi olsaydılar, bu sahəyə çox “diqqət yetirən” bir sıra böyük dövlətlərin rəsmiləri də Alxanlıda dinc insanların qətlinə münasibət bildirərdilər. Amma əfsuslar”.
//Trend

Mövzunu Facebookda şərh et