backend

Rusiya XİN Azərbaycana yeni səfirin təyinatını şərh edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyada səfirlərin təyinatı üzrə rotasiya planlı əsasda baş verir”.
bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın Azərbaycana yeni səfir təyin etməsi ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib. O bildirib ki, plandan kənar nəyinsə baş verməsini tələb edən heç nə olmayıb: “Belə hallar bəzən olur və bunun səbəbləri izah edir. Amma hazırkı halda plandan kənar rotasiyanı tələb edən bir hal yoxdur. Yeni səfirin təyinatı ilə bağlı prezidentin qərarı olur. Müvafiq olaraq əvvəlki səfir geri çağırılır. Buna kimi isə təsisatlararası razılaşma həyata keçirilir. Rusiya qanunvericiliyinə əsasən biz bu prosesi şərh etmirik. Bu kimi hallar prezidentin müvafiq sərəncamından sonra şərh edilir”.
Qeyd edək ki, Rusiya Dövlət Dumasının MDB və həmvətənlərlə üzrə iş Komitəsində Azərbaycana təyin olunacaq yeni səfirin namizədliyi məsələsinə baxılıb. Bu vəzifəyə Georgi Zuyevin namizədliyi dəstəklənib. G. Zuyev hazırda Rusiya Xarici İşlər Nazirliyinin kadrlar departamentinin direktor müavini vəzifəsində çalışır.
//APA