Tokayev Qazaxıstan prezidenti seçkilərində liderdir – Ekzitpolbackend

Tokayev Qazaxıstan prezidenti seçkilərində liderdir – Ekzitpol

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev ölkə rəhbəri postu uğrunda keçirilən səsvermədə 69,94% səslə liderdir.

Belə bir məlumat “Gənclik” elmi-tədqiqat mərkəzinin apardığı ekzitpol nəticəsində əldə olunub.

Bu nəticələrə əsasən, seçkilərdə ikinci yerdə 14,96% səslə Kosanov, üçüncü yerdə isə 4,78 faiz səslə Espayeva qərarlaşıb.

“İctimai rəy” institutunun elan etdiyi ekzitpol nəticələri isə Tokayevin 70,13% səslə seçkilərdə qələbə qazandığını göstərir.

Tokayev bu ilin mart ayının 20-dən prezident səlahiyyətlərini yerinə yetirir.

//Oxu.az