backend

Salyanda ağır yol qəzası -5 nəfər yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ələt-Astara magistral yolunun Salyan rayonu, Quyuçu kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib.
“Report”un Aran bürosunun xəbərinə görə, həmin ərazidə iki minik avtomobili toqquşub. Qəza nəticəsində 5 nəfər – Sumqayıt şəhər sakini, 1974-cü il təvəllüdlü Əmanət Bulud qızı Ələkbərova, Sumqayıt şəhər sakini, 1978-ci il təvəlüdlü Zaur Möhlət oğlu Hüseynov, Astara rayon sakini 1987-ci il təvəllüdlü Sadiq İsgəndər oğlu Cabbarov, Cəlilabad rayon sakini, 1953-cü il təvəllüdlü Adil Tipiş oğlu İsmiyev və 1976-cı il təvəllüdlü Çingiz Tanrverdi oğlu Tahirov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Faktla bağlı araşdırma aparılır.