“Hell Energy”də “yarpaq dökümü”: Tanınmış marketoloq işdən ayrıldı

14:11 | 13 İyun, 2019

Tanınmış marketoloq Müşviq İskəndərov “Hell Energy” şirkətindən ayrılıb.

Editor.az xəbər verir ki, bu haqda o özü məlumat verib:

“Hell Energy” ilə yollarımızın ayırdıq. Düz 5 ildir ki, ölkənin əsas enerji içkisinə nəfəs verdik. Nələr etdik deməyə ehtiyac yoxdur, nələr etmədik ki ?! Bu ilin əvvəlindən dəfələrlə uzaqlaşma haqqında xahiş etsəm də, izn verilmirdi, indi isə səssizcə aradan çıxıram. Bütün “Hell Energy” ordusuna uğurlar arzulayıram! Darıxan dostlar məni Ilkin Hasani ilə nəfəs verdiyimiz “Idea Factory”də görməyə gələ bilər.

Müşviq İskəndərov yeni təkliflərə açıq olduğunu da deyib: “Yeni iş təkliflərini yalnız sıfırdan markalar üzərindən edilməsini xahiş edirəm, hazır burda mənəm , Bağdadda Kor xəlifə mənlik deyil”.

Qeyd edək ki, Müşviq İskəndərov ölkənin ən uğurlu marketoloqlarından biri kimi tanınır.