Türkiyəlini soyan azərbaycanlılara hökm oxundu – Ukraynada

17:03 | 15 İyun, 2019

Ukraynanın Xarkov şəhərində Türkiyə vətəndaşını qarət edən üç Azərbaycan vətəndaşına hökm oxunub.

bununla bağlı gx.net.ua saytı məlumat yayıb.

Məlum olub ki, 2017-ci il oktyabrın 27-dən 28-nə keçən gecə üç azərbaycanlı türkiyəlinin evinə qonaq gəlib. Qonaqlıqdan əvvəl azərbaycanlılardan biri pnevmatik tapança alıb.

Bakı sakinləri olan şəxslər zərəçəkmişə zor tətbiq edərək onun 7500 qrivna pulunu (təxminən 500 AZN – red.), mobil telefon, noutbuk və saatını götürüblər. Ümumilikdə, türkiyəliyə 23 min 200 qriven (təxminən 1500 AZN – red.) zərər dəyib.

Rayon məhkəməsi azərbaycanlıları təqsirli bilərək hər birinə səkkiz il müddətinə azadlıqdan məhrum etmə cəzası verib.

//oxu.az