backend

Gəncə-Şəmkir yolunda avtomobil qəzası: 5 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göygöldə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Gəncə-Şəmkir avtomobil yolunun Göygöl rayonu Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“VAZ 2106” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində sürücülər –  Daşkəsən rayon sakini, 1988-ci il təvəllüdlü Elməddin Quliyev və Göygöl rayonu Balçılı kənd sakini, 1970-ci il təvəllüdlü Yaşar Rüstəmov, həmçinin sərnişinlər – Daşkəsən rayon sakini, 1969-cu il təvəllüdlü Bəhruz Həsənov, Göygöl rayonu Xəqani kənd sakinləri – 1957-ci il təvəllüdlü Şərqiyyə Hüseynova və 1949-cu il təvəllüdlü Səftər Hüseynov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

///apa