backend

Bakıda yol polisi əlində sənəd olan sürücünü cərimələdi, 50 manatını alıb buraxdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Yol Polisi əməkdaşlarından narazı sürücülərin sayı günü-gündən artmaqdadır.
azxeber.com-a müraciət edən sürücü Bəhruz Gülmalıyev də DYP əməkdaşından şikayətçidir.
Onun dediyinə görə, avtomobili qanunsuz olaraq cərimə meydançasına aparılıb: “Mən “Kia Rio” markalı 99-XV-732 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Bəhruz Gülmalıyev DYP əməkdaşından şikayətçiyəm. Mən iyulun 4-də Xaçmaz rayon Nabran kəndinə istirahət üçün getmişdim və orada idarə etdiyim avtomobilinin ön nömrə nişanı müəmmalı şəkildə itdi. Bununla bağlı həmin dəqiqə Xaçmaz rayon Polis Şöbəsinə müraciət etdim. Nömrəni tapa bilməyən Xaçmaz polisi iyulun 5-də mənə nömrənin itməsi ilə bağlı arayış verdi və orada qeyd edildi ki, 10 gün müddətində bu arayışla avtomobilimi idarə edə bilərəm”.
DYP-in verdiyi arayışa arxayın olan Bəhruz Əliyev Bakıya gələrkən problemlə üzləşib: “Yolda bir neçə dəfə dövlət yol polisi məni saxladı. Hər dəfə də polislər verilən arayışı gördükdən sonra mənə yolumu davam edə biləcəyimi dedilər. Növbəti gün, yeni dövlət nömrə nişanı almaq üçün DYP-ə gedərkən Orxan adlı DYP (99-YP-487) əməkdaşı məni saxladı. DYP əməkdaşı mənə bildirdi ki, Xaçmaz Rayonu Polis İdarəsinin mənə verdiyi arayış keçərsizdir və avtomobil mütləq cərimə meydançasına aparılmalıdır.
Böyük mübahisədən sonra avtomobil cərimə meydançasına aparılıb və B.Gülmalıyevdən cərimə adı ilə 50 manat alınsa da, heç bir qəbz təqdim edilməyib: “O mənim maşını cərimə meydançasına apardı və orada məndən 50 manat aldılar. Ancaq qəbz vermədən, məni buraxdılar. Mən anlaya bilmirəm ki, bu necə ola bilər? Bununla bağlı hər yerə şikayət etmişəm və bu məsələnin axırına qədər gedəcəm”.
Şikayətçinin videosunu təqdim edirik:
//Editor.az