Bakı Metropolitenində gənc qız özünü qatar relslərinin üstünə atdı

18:55 | 14 İyul, 2017
Metropolitendə intihara cəhd hadisəsi baş verib.
Hadisə dünən səhər saatlarında metronun “Nizami” stansiyasında qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü Nərmin Muradova intihar məqsədi ilə özünü qatar relslərinin üstünə atıb. Lakin polis əməkdaşları və metropoliten işçiləri, o cümlədən maşinistin ayıq-sayıqlığı nəticəsində qatarı vaxtında saxlamaq mümkün olub. Nəticədə qadın xəsarət almayıb.
Aparılan araşdırmalar nəticəsində N.Muradovanın ruhi əsəb xəstəsi olduğu müəyyənləşdirilib.

///Report