backend

İcra başçısı Oğuzda “yaşıl terror”a göz yumur: Dövlət qəzeti yıxıb-sürüdü – Fakt

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət qəzeti yıxıb-sürüdüTuristlərin Oğuzda mütləq gəzib-görüb istirahət etmək istədiyi yerlərdən biri də Xalxal ərazisidir. Yol boyu ətraf meşəlikdir. Amma təəssüf ki, bu gözəlliyə qıyanlar, yaşıl “ciyərlərimizi” baltalayanlar hələ də var
Ulus.Az xəbər verir ki, bunu Milli Məclisin rəsmi mətbu orqanı olan “Azərbaycan” qəzeti yazıb.
Dövlət qəzeti yazıb ki, bu yolun bir hissəsində, hər iki cinahı boyu yaranan talaya baxanda burada balta deyil, xüsusi texnika işlədildiyini və bunun izlərini görmək mümkünüdür.
“Kifayət qədər böyük sahədə onlarla ağac insafsızcasına kəsilib. Bu ağac “qəbiristanlığı”nın yanından sükutla ötmək mümkün deyil. Baş daşlarını xatırladan kötüklər sanki dil açıb başlarına gətirilən müsibətdən bəhs etmək istəyirlər.
Ətrafa nəzər yetirib burada nə baş verdiyni ümumən anlamaq, təsəvvür etmək mümkündür: ağaclar mütəşəkkil qaydada müəyyən məqsədlər üçün kəsilib və ərazidən daşınıb.
Üstəlik oduncağı müəyyən ölçülərdə kəsdikdən sonra onlar maşınlara yüklənməlidir. Bunun üçün işçi qüvvəsinə, kəsici, qaldırıcı peşəkar texnikaya və yükdaşıma vasitələrinə də ehtiyac var. Yəni, burada ağaclar briqada şəklində, mütəşəkkil fəaliyyətlə kəsilib daşına bilərdi“.
Ulus.Az xəbər verir ki, dövlət qəzeti Oğuz rayon Ekologiya şöbəsini və Meşə Mühafizəsi və Bərpası idarəsini açıq şəkildə “vurub.
Məqalədə deyilir ki, ağacların maddi maraq, qazanc naminə “qurban” kəsildiyi şəksizdir: “Deməli, bir ehtimal da ağacların mebel sənayesində istifadə üçün kəsilməsidir.
Nəzərə alsaq ki, bu məqsədlə ağacların kəsilməsi faktları təkcə Oğuzda deyil, son illər ərzində digər ətraf rayonların ərazisində də qeydə alınıb, bu ehtimal daha real görünür”.
Məsələn, bu yaxınlarda Zaqatala, Oğuz, Qəbələ və daha 3 rayonun Meşə Mühafizəsi və Bərpası müəssisələrində yoxlamalar zamanı meşələrin qorunub mühafizə olunmasında ciddi nöqsanlara yol verildiyi müəyyən edilib.
İdarə müdirləri tutduqları vəzifədən azad olunublar. Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru barəsində isə ciddi intizam tənbehi tədbirləri görülüb.
Rayon sakinlərinin sözlərinə görə, məsələ ilə bağlı İcra Hakimiyyəti də məlumatlı olsa da, heç bir tədbir görülmür. Belə ki, icra hakimiyyəti və Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ağacların sex işçiləri tərəfindən kəsilməsinə göz yumurlar.
Ölkə başçısı İlham Əliyev öz çıxışlarında ağacların kəsilməsinin yolverilməz olduğunu və bunu edənlərin ən sərt formada cəzalandırılmalı olduğunu deyib.
//Ulus.Az