Xudatda velosipedçi avtomobilin altında qaldı

09:59 | 18 İyul, 2017

Xudat şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Dərgahi Mahir Musa oğlu idarə etdiyi “Mercedes” markalı, 99 DH 457 dövlət nömrə qeydiyyatlı avtomobillə Qubanın Cimi kənd sakini, velosipedçi, 1990-cı il təvəllüdlü Möhlət Babayevi vurub. Xəsarət alan şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətdən ölüb.
Fakt araşdırılır.

///apa