Masallıda faciə

10:32 | 28 İyul, 2017
Masallıda 1 nəfər bədbəxt hadisə nəticəsində həlak olub.
Editor.az-ın FHN-in saytına istinadən məlumatına görə, nazirliyə Yeyənkənd kəndində 1 nəfərin su quyusuna düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. Dərinliyi 22 metr olan su quyusundan 1974-cü il təvəllüdlü Əsədov Bulud Qurban oğlunun cəsədi çıxarılaq  aidiyyəti üzrə təhvil verilib.