backend

Aviaşirkət 34 işçini uçuşlardan kənarlaşdırdı – Kök olduqları üçün

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın “Air India” dövlət aviaşirkəti artıq çəkiyə görə 34 ekipaj üzvünü uçuşlardan kənarlaşdırıb. Bu barədə mülki aviasiya naziri Cayant Sinha bildirib.
Nazir qeyd edib ki, onların 30-u qadın, 4-ü isə kişidir.
C.Sinha deyib: “Air India” belə əməkdaşlara çəkilərini azaltmaq üçün kifayət qədər imkan verir. Onlar artıq çəkidən qurtulan kimi uçuşlara buraxılacaqlar”.
//Milli.az