backend

“Şöhrət” ordeni alan deputat: “Çox kövrəlmişəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Çingiz Qənizadə Prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunmasına münasibət bildirib. Ç.Qənizadə ölkə başçısına təşəkkür edib. Daha sonra deputat deyib:
“Doğrusu, mən gözləmirdim. Sevinc hisləri keçirirəm, çox kövrəlmişəm. Möhtərəm Prezidentimizə özüm və ailəm adından təşəkkür edirəm ki, mənim ictimai fəaliyyətimə yüksək qiymət verir. Əmin etmək istəyirəm ki, bundan sonrakı fəaliyyətim də yalnız və yalnız dövlətçiliyin daha da möhkəmlənməsinə xidmət edəcək. Jurnalist dostlarıma da təşəkkür edirəm ki, zəng edib məni təbrik edirlər”.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev deputat Çingiz Qənizadənin “Şöhrət” ordeni ilə təltif olunması barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Çingiz Aşralı oğlu Qənizadə “Şöhrət” ordeni ilə təltif edilsin”.
Ölkə.Az